...

Azərbaycanda zorlamada təqsirləndirilən hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 18 Fevral 2010 14:41 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kiçik çavuşu Arif Qurbanovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittihamı elan edib. Qurbanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Azərbaycanda zorlamada təqsirləndirilən hərbi qulluqçunun məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda zorlamada təqsirləndirilən hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kiçik çavuşu Arif Qurbanovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittihamı elan edib. Qurbanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Qurbanov Cinayət Məcəlləsinin hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341), hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331), rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur etmə (329.3), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134), seksual xarakterli zorakılıq hərəkətləri etmək (150.2.5) maddələri ilə ittiham edilir.

Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən hərbi hissəsində olduğu müddətdə əsgər yoldaşlarını ölümlə hədələyərək, onlarla cinsi əlaqədə olub.

Xəbər lenti

Xəbər lenti