...

Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin əməkdaşlarına prokuror iş istəyib

Cəmiyyət Materials 5 Mart 2010 15:48 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin əməkdaşlarına prokuror iş istəyib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin əməkdaşlarına prokuror iş istəyib.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, "GEN" MMC-nin rəhbəri Elburus Əliyevə 15, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmovun hər birinə 12, Ramin Əliyev, Kamran Məmmədovun hər birinə 10, İlkin Səfərov və Mehbarə Cəfərzadəyə 9 il azadlıqdan məhrum edilmə cəzasının verilməsini xahiş edib.

"GEN" MMC-nin rəhbəri Əliyev və digər 8 nəfər Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə ittiham olunurlar.

Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Xəbər lenti

Xəbər lenti