...

Azərbaycanda məhkumlar kütləvi tibbi müayinədən keçirilib - Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi

Cəmiyyət Materials 11 Mart 2010 12:23 (UTC +04:00)
Mehdiyev bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların tibbi müayinədən keçirilməsində məqsəd xəstəliklərin erkən aşkarlanması və müalicəyə cəlb olunmasıdır. Mehdiyevin sözlərinə görə, müayinələr zamanı, xüsusən, vərəmin erkən aşkarlanmasına diqqət yetirilir.
Azərbaycanda məhkumlar kütləvi tibbi müayinədən keçirilib - Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumlar kütləvi tibbi müayinədən keçirilib. Bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev cümə axşamı Trend -a məlumat verib.

Mehdiyev bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların tibbi müayinədən keçirilməsində məqsəd xəstəliklərin erkən aşkarlanması və müalicəyə cəlb olunmasıdır. Mehdiyevin sözlərinə görə, müayinələr zamanı, xüsusən, vərəmin erkən aşkarlanmasına diqqət yetirilir.

İdarə rəisi bildirib ki, cəzaçəkmə müəssisələrində bu müayinələrin aparılması üçün imkanlar olmadığından, müəssisəyə lazımi tibbi avadanlıqlar, laboratoriya müayinəsi üçün lazımi vasitələr yerləşdirilib və müayinə metodları tətbiq edilməklə xəstəliklər erkən aşkarlanır.

Tədbir zamanı məhkumların qan analizi (biokimyəvi, qanın ümumi analizi, yoluxucu xəstəliklərin müəyyən edilməsi ilə bağlı analiz), rentgen, kordioloji, ultrasəs, terapevt, nevroloji, psixoloji, dəri-zöhrəvi müayinələri aparılıb. Səhhətində yüngül xəstəliklər aşkarlanan məhkumlar müəssisənin tibb məntəqəsində, ağır xəstəlikləri olanlar isə müalicə müəssisəsində və ixtisaslaşdırılmış müəssisələrdə müalicə olunurlar.

Mehdiyev deyib ki, Penitensiar Xidmətin imkanlarından kənar olduqda, məhkumların müayinə və müalicəsinə Səhiyyə Nazirliyinin və digər səhiyyə ocaqlarının aparıcı mütəxəssisləri cəlb olunur.

İdarə rəisi qeyd edib ki, belə tədbirlər mütəmadi olaraq digər cəzaçəkmə müəssisələrində də keçirilir.

Mehdiyev bildirib ki, martın 15-də 17 saylı cəzaçəkmə müəssisəsinin məhkumları da tibbi müayinədən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti