...

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 11 Mart 2010 17:15 (UTC +04:00)
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib.
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilməyib.

Trend -un məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsinin kiçik çavuşu Anar Allahverdiyevin apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar elan edilib.

Allahverdiyev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Allahverdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət (274), döyüş növbəsi çəkmə qaydalarını pozma (338.1), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.1) maddələri ilə ittiham olunub.

İttihama görə, Allahverdiyev Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və xidmət etdiyi hərbi hissə ilə bağlı əhəmiyyətli sirləri düşmən tərəfə ötürüb.

Xəbər lenti

Xəbər lenti