...

Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 12 Mart 2010 10:57 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev cümə günü Trend News-a bildirib ki, fondun Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilib.
Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq görülüb

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq görülüb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev cümə günü Trend -a bildirib ki, fondun Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilib.

Mükafat Varşava şəhərində keçirilən Avropa Forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunub. Fəxri Fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini qeyd ediblər.

Babayev deyib ki, sosial təminat sahəsində mühüm tədbir olan Avropa Forumunda Azərbaycanın ali mükafata layiq görülməsi ölkəmizdə pensiya islahatlarının uğurla gerçəkləşdirilməsinin əyani göstəricisidir.

Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdəbiri, yəni 1 308 432 nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Fondun yerli şöbələrində müasir kompüter sistemləri qurulub, "1 işçiyə -1 kompüter" prinsipi gerçəkləşib.

Azərbaycanda pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir ki, bu da dünyada ən şəffaf praktika hesab olunur.

Hazırda pensiyaların təyinatının avtomatlaşdırılması sahəsində işlər yekunlaşmaqdadır. Bu prosesin başa çatdırılması ilə tam şəffaf sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti