...

Bakı İranda həbs olunmuş azərbaycanlı alimin məsələsinin müsbət həllinə ümid edir - nazir müavini

Cəmiyyət Materials 16 Mart 2010 14:23 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi və Tehrandakı səfirliyi azərbaycanlı alimin həbsdə olması məsələsini nəzarətdə saxlayır, diplomatiya çərçivəsində mümkün tədbirlər həyata keçirilir. Bu barədə Trend News-a çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov məlumat verib. "Biz daim İranın müvafiq qurumları ilə bu məsələ ilə bağlı əlaqə saxlayırıq və ümid edirik, lazımi nəticəni əldə edəcəyik", - nazir müavini bildirib.
Bakı İranda həbs olunmuş azərbaycanlı alimin məsələsinin müsbət həllinə ümid edir - nazir müavini

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi və Tehrandakı səfirliyi azərbaycanlı alimin həbsdə olması məsələsini nəzarətdə saxlayır, diplomatiya çərçivəsində mümkün tədbirlər həyata keçirilir. Bu barədə Trend -a çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov məlumat verib. "Biz daim İranın müvafiq qurumları ilə bu məsələ ilə bağlı əlaqə saxlayırıq və ümid edirik, lazımi nəticəni əldə edəcəyik", - nazir müavini bildirib.

İranın "Sazan Eleсtronics Industry" şirkətinin dəvəti ilə və BDU ilə əməkdaşlığa dair müqavilə çərçivəsində BDU Fizika Problemləri İnstitutunun fizika-biologiya sistemləri laboratoriyasının aparıcı mühəndisi Rəşid Əliyev 2006-2008-ci illərdə bu şirkətdə işləyib. Şirkət rəhbərliyi dəfələrlə ona daimi yaşamaq üçün İrana köçməyi təklif edib. Lakin Əliyev bu təklifi qəbul etməyib və tezliklə vətənə dönüb. Şirkətin direktoru Abbas Efteharinin təkidli xahişi ilə Əliyev oktyabrın 5-də qısa müddətə İrana gedib və noyabrın 6-da viza problemi bəhanəsi ilə həbs olunub.

"Rəşid Əliyevin həbsinin bizim firma və BDU arasında bağlanmış müqaviləyə heç bir aidiyyəti yoxdur", - bundan əvvəl Trend -a "Sazan Eleсtronics Industry" şirkətinin direktoru Abbas Eftehari bildirib.

"Azərbaycan vətəndaşlarının hüquqlarına riayət olunur və bu hüquqların müdafiəsi hər zaman dövlətin diqqət mərkəzində olub", - nazir müavini vurğulayıb.

Hazırda Əliyev Evin həbsxanasının beşinci korpusunda saxlanılır.

Azərbaycan Ədliyyə Nazirliyi azərbaycanlı mütəxəssisin işi ilə əlaqədar İranın müvafiq qurumlarına sorğu göndərib.

Xəbər lenti

Xəbər lenti