...

Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 17 Mart 2010 16:50 (UTC +04:00)
Gürcüstanın diaspor məsələləri üzə dövlət naziri Papuna Davitaya bu ilin mayında Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla iş üzrə şöbəsinin müdiri Füzuli Nəcəfov məlumat verib.
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Azərbaycana səfər edəcək

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir C.Babayeva/

Gürcüstanın diaspor məsələləri üzə dövlət naziri Papuna Davitaya bu ilin mayında Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Gürcüstanda yaşayan azərbaycanlılarla iş üzrə şöbəsinin müdiri Füzuli Nəcəfov məlumat verib.

"Dövlət nazirinin səfərinin əsas məqsədi Azərbaycanın Qax, Balakən və Zaqatala rayonlarında yaşayan gürcülərin vəziyyəti ilə tanışlıqdır. Səfər çərçivəsində gürcü nazir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digər dövlət və hökumət stukturlarının rəhbərləri ilə görüşəcək", - Nəcəfov bildirib.

Trend -un arayışı: Gürcüstanın diaspor məsələləri üzə dövlət naziri Papuna Davitayanın əvvəlcə bildirdiyinə görə, ölkədən kənarda 1,6 mln gürcü yaşayır. Onun sözlərinə görə, bu rəqəmə Azərbaycan və Türkiyədə yaşayan gürcülər daxil deyil. Rəsmi olaraq, Gürcüstandan kənarda yaşayan gürcülərin sayı 1 008 207 nəfər göstərilir.

Xəbər lenti

Xəbər lenti