...

Son bir il ərzində Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olub

Cəmiyyət Materials 19 Mart 2010 12:17 (UTC +04:00)
Son bir il ərzində Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olub. Trend News-un məlumatına görə, bu barədə cümə günü Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında qurumun rəhbəri Arzu Rəhimov məlumat verib.
Son bir il ərzində Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olub

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/

Son bir il ərzində Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olub. Trend -un məlumatına görə, bu barədə cümə günü Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında qurumun rəhbəri Arzu Rəhimov məlumat verib.

Xidmətin rəhbəri bildirib ki, Mərkəzə müraciət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin, habelə ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarların verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı ətraflı məlumatlar verilib.

Xidmət rəisi Arzu Rəhimov həmçinin qeyd edib ki, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilər olduğu kimi, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da var.

"Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır", - Rəhimov vurğulayıb.

DMX rəhbəri bildirib ki, Xidmətin Şirvan, Yevlax, Lənkəran Regional Miqrasiya idarələri fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda digər regionlarda idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işləri intensiv davam etdirilir.

Azərbaycan Prezidentinin 19 mart 2007-ci il tarixli fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb. Həmin gün DMX işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Xəbər lenti

Xəbər lenti