...

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri beynəlxalq tədbirdə iştirak edib.

Cəmiyyət Materials 19 Mart 2010 16:44 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov martın 17-19-da Mərakeş Krallığının Mərakeş şəhərində "Potensialın inkişafı: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar" mövzusu üzrə keçirilən Qlobal Tədbirdə iştirak edib.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri  beynəlxalq tədbirdə iştirak edib.

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri "Azərbaycan Respublikasında insan potensialının artırılması" mövzusunda beynəlxalq tədbirdə çıxış edib

Komissiyanın mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov martın 17-19-da Mərakeş Krallığının Mərakeş şəhərində "Potensialın inkişafı: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar" mövzusu üzrə keçirilən Qlobal Tədbirdə iştirak edib.

Tədbirdəki çıxışında Xəlilov Azərbaycanda insan potensialının artırılması sahədə görülən işlər, o cümlədən dövlət qulluqçularının potensialının artırılması məqsədilə treninq və seminarların təşkil edilməsi, dövlət qulluqçularının ixtisaslarının artırılması üçün əlavə peşə təhsilinə cəlb edilmələri, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi və s. məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Komissiyanın BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə "Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçilik" layihəsinin həyata keçirilməsi barədə filmin nümayişi olunub.

Mərakeş Krallığı hökumətinin, Fransa Respublikasının Xarici İşlər Nazirliyinin, Avropa İşləri üzrə Nazirliyin və BMT-nin İnkişaf Proqramının (UNDP) birlikdə təşkil etdikləri tədbirə 50-dən artıq ölkədən nazir və digər yüksəksəviyyəli rəsmi şəxslər də daxil olmaqla, 150-dən çox nümayəndə qatılıb. ATƏT, UNICEF, UNFPA, Dünya Bankının da rəsmi nümayəndələrinin təmsil olunduğu tədbirdə "Minilliyin İnkişaf Məqsədləri çərçivəsində görüş: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar", "Böhran zamanı potensialın müdafiəsi", "Qlobal ictimai maraqlar və qlobal ictimai siyasət", "Ortagəlirli ölkələrdə potensiala tələbat və potensialın qorunması" və s. mövzular barədə məruzələr dinlənilib.

Xəbər lenti

Xəbər lenti