...

Los Anceles bələdiyyəsində Novruz bayramı keçirilib

Cəmiyyət Materials 24 Mart 2010 12:33 (UTC +04:00)
Los Anceles şəhəri Bələdiyyə Binasında ənənəvi olaraq hər il baş tutan Novruz bayramı şənliyi keçirilib.
Los Anceles bələdiyyəsində Novruz bayramı keçirilib

Azərbaycan, Bakı, 24 mart / Trend , müxbir S.Ağayeva/

Los Anceles şəhəri Bələdiyyə Binasında ənənəvi olaraq hər il baş tutan Novruz bayramı şənliyi keçirilib.

ABŞ-ın Kaliforniya ştatında keçirilən ən böyük Novruz bayramı tədbirində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşları da iştirak edərək təşkilatçılara və iştirakçılara öz təbriklərini çatdırıblar. Bu barədə Baş Konsulluğun məlumatında deyilir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu da öz tərəfindən ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılar və diaspor üzvləri ilə birgə Novruz şənliyi keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti