...

DSMF-nin sorğusunda respondentlərin 51,6 faizi sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib

Cəmiyyət Materials 31 Mart 2010 10:53 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək məqsədilə növbəti interaktiv sorğu keçirilib. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 51,6 faizi sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1 faizi isə "Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi?" sualına "Xeyr", 10,3 faizi isə "Ehtiyac görmürəm" cavabını veriblər.
DSMF-nin sorğusunda respondentlərin 51,6 faizi sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək məqsədilə növbəti interaktiv sorğu keçirilib. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 51,6 faizi sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1 faizi isə "Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi?" sualına "Xeyr", 10,3 faizi isə "Ehtiyac görmürəm" cavabını veriblər.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev çərşənbə günü Trend -a bildirib ki, sorğunun nəticələri göstərir ki, ümumilikdə respondentlərin sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirənlərlə (51,6 faiz), ümumilikdə bunun əksini vurğulayanlar (48,4 faiz - 38,1 faiz "Xeyr"; 10,3 faiz "Ehtiyac görmürəm") arasında fərq o qədər də böyük deyil.

Babayev bildirib ki, hər bir insan harada çalışmasından asılı olmayaraq, sosial sığorta olunmağa çalışmalı və maraq göstərməlidir. Sosial sığortalanma bütün gəlir əldə edən əhalinin sosial risklərdən sığortalanmasını ifadə edir. Ona görə də hər bir çalışan vətəndaş dövlət sosial müdafiə orqanlarında uçota durmalı və onun üçün qanunla müəyyən edilmiş sosial sığorta normativlərinə uyğun, vaxtlı-vaxtında sosial sığorta haqlarını ödəməlidir.

Sosial sığorta "Sosial sığorta haqqında" Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Bu qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olan, kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri və digər qruplar üçün sosial sığorta dərəcələri ayrı-ayrılıqda müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti