...

Azərbaycanın Quba rayonunda yaxın vaxtlarda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaq

Cəmiyyət Materials 31 Mart 2010 13:16 (UTC +04:00)
Azərbaycanın şimalında yerləşən Quba rayonundakı kütləvi məzarlıqda yaxın vaxtlarda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Quba rayonunun icra başçısı Rauf Həbibov bildirib.
Azərbaycanın Quba rayonunda yaxın vaxtlarda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaq

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın şimalında yerləşən Quba rayonundakı kütləvi məzarlıqda yaxın vaxtlarda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaq. Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Quba rayonunun icra başçısı Rauf Həbibov bildirib.

"Kompleksin tikintisində artıq ilkin işlərə başlanılıb. Ətraf ərazilərdə olan obyektlər və yaşayış yerlərinin köçürülməsinə başlanılıb", - Həbibov deyib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gündə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Qubada aşkarlanan kütləvi məzarlıqda ölənlərin erməni daşnakları tərəfindən 1918-ci ildə törədildiyi sübuta yetirilib. Heydər Əliyev Fondu tərəfindən "Soyqırım memorial kompleksi"nin layihəsi hazırlanıb.

Bu gün bir qrup deputat və qeyri-hökumət təşkilatları, ictimai birliklər Qubadakı kütləvi məzarlığı ziyarət ediblər.

Quba paytaxt Bakıdan 170 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti