...

Azərbaycanın təhsil müəssisələrinin təhlükəsizlik məsələlərinə yenidən baxılmalıdır - nazir Misir Mərdanov

Cəmiyyət Materials 2 Aprel 2010 10:54 (UTC +04:00)
Azərbaycanın təhsil naziri hesab edir ki, ölkənin təhsil müəssisələrinin təhlükəsizlik məsələlərinə yenidən baxılmalıdır.
Azərbaycanın təhsil müəssisələrinin təhlükəsizlik məsələlərinə yenidən baxılmalıdır - nazir Misir Mərdanov

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri hesab edir ki, ölkənin təhsil müəssisələrinin təhlükəsizlik məsələlərinə yenidən baxılmalıdır.

"Təhsil müəssisələrinin rəhbərləri təhlükəsizlik məsələlərinə bugünkü mövqedən baxmalı və təhlükəsizliyi gücləndirməlidir", - Trend-in məlumatına görə, bunu cümə günü kollegiya iclasında təhsil naziri Misir Mərdanov bildirib.

Maskalı şəxslər martın 31-nə keçən gecə Azərbaycan paytaxtının Nizami rayonunda yerləşən 12 saylı orta məktəbə hücum ediblər. Cinayətkarlar mühafizəçi Famil Tağıyevi döyüb, əl-qolunu bağlayaraq bir faks aparatı, proyektor və noutbuk aparıblar. Bu barədə Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı cümə axşamı Trend-ə bildirib. Onun sözlərinə görə, cinayətkarlar məktəbin birinci mərtəbəsində yerləşən kompüter otağının qapısını sındıra bilməyiblər.

Mühafizəçi Famil Tağıyev cinayətkarlar getdikdən sonra əllərini açıb və məktəb direktoru Əli Əliyevə zəng edib. Hadisə yerində cinayətkarlara məxsus olduğu ehtimal olunan maska və alışqan tapılıb. Faktla bağlı Nizami Rayon Polisi tərəfindən istintaq aparılır.

Mərdanov bildirib ki, baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə Təhsil Nazirliyinə məktub daxil olunub. Məktubda tövsiyə olunub ki, təhsil müəssisələri təhlükəsizlik tədbirlərini gücləndirsin.

Xəbər lenti

Xəbər lenti