...

Azərbaycanda terror barədə yalan məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının şikayəti təmin edilməyib

Cəmiyyət Materials 19 Aprel 2010 12:32 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində İran vətəndaşı Xeyirxah Rza Muxtur oğlunun apelyasiya şikayəti üzrə qərar elan edilib.
Azərbaycanda terror barədə yalan məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının şikayəti təmin edilməyib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının apelyasiya şikayəti təmin edilməyib. Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində İran vətəndaşı Xeyirxah Rza Muxtur oğlunun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü dəyişdirilməyib və Xeyirxah Rza Muxtur oğlu barəsində çıxarılmış 5 il azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

İran vətəndaşı Azərbaycanın Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunub.

Xeyirxah Rza 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altına bomba qoyulması barədə polisə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb və Xeyirxah Rza həbs edilib.

Xəbər lenti

Xəbər lenti