Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan xəstə uşaqlı ailə və anaların sosial müdafiəsi konvensiyasına qoşulacaq.
"Parlamentinin mayın 7-də keçiriləcək iclasında Azərbaycan xəstə uşaqlı ailələrin sosial müdafiəsi və anaların müdafiəsi konvensiyalarına qoşulacaq", - Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə bildirib.
Deputat bildirib ki, problemli, qayğılı adamları heç bir sahibkar işə götürmür.
"Ona görə də qayğılı ailələrin sosial müdafiəsinə ehtiyac var. Bu adamlarla işdə ayrı-seçkilik etmək olmaz. Hesab edirəm, bu konvensiyalara qoşulmağımız işəgötürənlərin özbaşınalığını aradan qaldırmasına kömək edəcək", - Rəcəbli əlavə edib.
Rəcəbli deyib ki, dünyada qəbul olunan uşaq konvensiyalarına qoşulan dövlətlərdən biri də Azərbaycan olub.