...

Heydər Əliyev Fondu dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir

Cəmiyyət Materials 3 May 2010 18:17 (UTC +04:00)
Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir.
Heydər Əliyev Fondu dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir.

Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərlərini nəzərdə tutur. Bu barədə Fondun məlumatında deyilir.

Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də isə Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcək. Həmin günlər Stanislav Deanın yerli musiqi məktəblərində ustad dərsləri keçiriləcək. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs edəcək.

Klassik musiqinin təbliğinə önəm verən Fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında Şopenlə yanaşı, Şostakoviçin və Rostropoviçin yubiley geçələri təşkil olunub. Ənənəvi Beynəlxalq Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı və piano müsabiqəsi gənc nəslin musiqi zövqünün formalaşmasına və hərtərəfli inkişafına xidmət edir.

Xəbər lenti

Xəbər lenti