Azərbaycan Parlamentinin deputatı Türkiyənin İstanbul şəhərində keçirilən "Heydər Əliyev və Milli  Siyasət" kitabının təqdimat mərasimində iştirak edib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi  məlumat verib.
"Azərbaycan və Türkiyə arasında  müxtəlif iddialarla problemlər çıxarmaq istəyənlər olub. Türkiyə ilə Azərbaycan arasında bir daha anlaşılmazlıq olmayacaq. Bakıda bazar ertəsi Atatürkün heykəlinin açılışında  Türkiyə və Azərbaycan lideri  ilə yanaşı, mən də iştirak etdim. Açılış mərasimində hər iki  ölkə liderinin sevincli olduğunu  gördüm və hesab edirəm, bu, iki  ölkə əlaqələrinin səviyyəsini də əks etdirir", - Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan - Türkiyə Parlamentlərarası Əlaqələr Üzrə İşçi qrupun rəhbəri Nizami Cəfərov  bildirib.
Azərbaycan Parlamentinin deputatı Türkiyədə keçirilən "Heydər Əliyev və Milli Siyasət" kitabının təqdimat mərasimində iştirak edib