...

Azərbaycanda ali məktəblərin məzunları üçün yarmarka keçiriləcək

Cəmiyyət Materials 19 May 2010 17:08 (UTC +04:00)
May ayının 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Məzun - 2010" V Respublika yarmarkası keçiriləcək.
Azərbaycanda ali məktəblərin məzunları üçün yarmarka keçiriləcək

Аzərbaycan, Bakı, 19 may /Trend, müxbir М.Əliyev/

May ayının 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Məzun - 2010" V Respublika yarmarkası keçiriləcək.

Yarmarkada 70-dən çox şirkət və təşkilatlar vakansiyalarla iştirak edəcək.

2006-ci ildən keçirilən "Məzun yarmarkaları"nda 1800 nəfərdən çox gənc işlə təmin edilib.

Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti