Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/
Bu gün səhər saat 9:50 radələrində (yerli vaxtla) Azərbaycan paytaxtında zəlzələ baş verib. Bu barədə Azərbaycanın Seysmoloji Xidmətindən məlumat verilib.
Yeraltı təkanların gücü Bakıda 3-4 bal, şəhər ətrafında isə 3 bal təşkil edib. Zəlzələnin episentri Xəzər dənizində, Bakıdan 50 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar şəhərin bəzi hissələrində hiss olunub.
Bir sıra iri ofislərin əməkdaşları köçürülüb.