Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/
2010-cu ilin ilk beş ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə torpaq sürüşmələri ilə bağlı 13 müraciət daxil olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova cümə günü məlumat verib.
Bunlardan 10-u Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloqları tərəfindən yoxlanılıb, 3 müraciət üzrə hazırda araşdırmalar aparılır.
Hesabat dövründə tullantı qalığının yaranması və onun yandırılması ilə əlaqədar EN-yə 18 müraciət daxil olub və hər biri araşdırılıb.
Ətraf mühitin monitorinqi üzrə Milli Departamentin əməkdaşları 2010-cu ilin ilk 5 ayı ərzində atmosferin çirklənməsi ilə bağlı 12 müraciətə baxıblar.
Bundan əlavə, bu ilin yanvar-may aylarında Ekologiya Nazirliyi səs-küyün mənfi təsiri ilə bağlı 7 müraciətə baxıb. Ümumilikdə, hesabat dövründə idarəyə 280 müraciət daxil olub.