...

Gürcü və azərbaycanlı uşaqlar "Gürcüstan bizim Vətənimizdir" mövzusunda birgə sərgi keçirəcəklər

Cəmiyyət Materials 18 İyun 2010 15:20 (UTC +04:00)
Gürcüstanda gürcü və azərbaycanlı uşaqlar birlikdə aksiya keçirəcəklər. Azərbaycanın gənclər təşkilatı "UNİON"un rəhbərliyi altında Tbilisidə azərbaycanlı uşaqların Gürcüstan ictimaiyyətinə inteqrasiyası üzrə aksiya keçiriləcək
Gürcü və azərbaycanlı uşaqlar "Gürcüstan bizim Vətənimizdir" mövzusunda birgə sərgi keçirəcəklər

Gürcüstan,Tbilisi, 18 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda gürcü və azərbaycanlı uşaqlar birlikdə aksiya keçirəcəklər. Azərbaycanın gənclər təşkilatı "UNİON"un rəhbərliyi altında Tbilisidə azərbaycanlı uşaqların Gürcüstan ictimaiyyətinə inteqrasiyası üzrə aksiya keçiriləcək.

"Cenerositi" təşkilatından Trend-ə verilən məlumata görə, bu gün saat 13:00-da (yerli vaxtla) Tbilisi beynəlxalq məktəbində şagirdlərin - Marneuli məktəblərindən azərbaycanlılar və Tbilisidə Gürcüstanın Beynəlxalq Məktəbindən onların gürcü yaşıdlarının birgə sərgisi təşkil olunacaq.

Şəkillər "Gürcüstan - bizim Vətənimizdir" mövzusuna həsr olunub.

Təşkilatdan bildiriblər ki, bu tədbir Gürcüstanda yaşayan qeyri-gürcülərin Gürcüstan ictimaiyyətinə inteqrasiyası məqsədilə planlaşdırılıb. Birinci mərhələdə Marneulidən Tbilisiyə azərbaycanlı uşaqları gətirmək haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti