Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbirlər T.Hacıyev, K.Zərbalıyeva/
Ali məktəblərin dövlət sifarişli plan yerlərinin müsabiqəsində I qrup üzrə ən az - 300, qalan qruplar üzrə isə 400 bal toplayan abituriyentlər iştirak edə bilərlər, - Trend-in məlumatına görə, bunu cümə günü Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
"Gələn ildən dövlət sifarişli plan yerlərinə yeni ixtisaslar üzrə yerlər əlavə ediləcək", - Abbaszadə deyib.
TQDK sədri əlavə edib ki, 2010-2011-ci tədris ili üçün Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu 4 ixtisas - filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya üzrə aparılacaq. Azərbaycan vətəndaşları üçün məktəbdə təhsil ödənişsizdir. Bu məktəbin hər bir ixtisası üzrə 25 plan yeri ayrılıb.