...

Azərbaycanlı jurnalist Ərdəbildə tutulub

Cəmiyyət Materials 21 İyun 2010 11:59 (UTC +04:00)
Azərbaycanlı jurnalist İbrahim Rəşidi (Savalan) Ərdəbildə tutulub. Bu barədə bazar ertəsi Trend-əTürkiyədən telefonla İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Yaşar Həkkakpur məlumat verib.
Azərbaycanlı jurnalist Ərdəbildə tutulub

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı jurnalist İbrahim Rəşidi (Savalan) Ərdəbildə tutulub. Bu barədə bazar ertəsi Trend-əTürkiyədən telefonla İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Yaşar Həkkakpur məlumat verib.

İranda azərbaycanlı qəzetçi və bloger İbrahım Rəşidi iyunun14-də yoxa çıxdıqdan sonra, iyunun 17-də ailəsinə zəng edərək, İran xüsusi xidmət orqanı (ETTELAAT) əməkdaşları tərəfindən tutulduğunu söyləyib.

Rəşidi ailəsinə Ərdəbilin Səreyin Duraqi deyilən ərazisində bacısı evinə gedərkən tutulduğunu və oradan ETTELAAT-a göndərildiyini deyib.

ETTELAAT əməkdaşları bir ay öncə bu jurnalistin Xiyov şəhərində yerləşən atasının evinə gedib və evi axtardıqdan sonra onun kitabları və əl yazılarını aparıblar.

Rəşidi ötən illər ərzində dəfərlərlə tutulub və zindana məhkum edilib.

Son bir ay ərazində 45 azərbaycanlı fəal tutulub ki, onlardan 17-si hələ də həbsdədir və 28 nəfər girov müqabilində azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti