...

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2010 15:24 (UTC +04:00)
Azərbaycan ali məktəblərinə qəbul olunmaq üçün iyunun 20-də keçirilən imtahanların nəticələri açıqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ali məktəblərinə qəbul olunmaq üçün iyunun 20-də keçirilən imtahanların nəticələri açıqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Nəticələrə əsasən, 5 238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 1 578 nəfəri dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçimində və müsabiqədə iştirak edə biləcək.

Məlumatda bildirilir ki, nəticələr 2010-cu il iyunun 22-də saat 13:30-dan etibarən, TQDK-nin internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar 2010-cu il iyunun 22-dən 25-dək istədiyi ardıcıllıqla internet-səhifədəki müvafiq elektron ərizə formasına daxil etməli, hər bir ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil almaq istədiyini qeyd etməli və öz ixtisaslaşma seçimini təsdiqləməlidir.
İxtisaslaşma seçimində hər bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (ixtisaslaşma seçimi cədvəli "Magistr" jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).

Xəbər lenti

Xəbər lenti