...

Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzi açılıb

Cəmiyyət Materials 29 İyun 2010 16:19 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində çərşənbə axşamı İndoneziya Mərkəzi açılıb. Bu barədə ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildiriblər.
Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzi açılıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dillər Universitetində çərşənbə axşamı İndoneziya Mərkəzi açılıb. Bu barədə ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildiriblər.

Mərkəzin açılışında ADU-nun rektoru, professor Səməd Seyidov Azərbaycanda İndoneziya Mərkəzinin açılmasının iki ölkənin hökuməti və xalqı arasında siyasi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H.S.Viranata Atmadjan bildirib ki, İndoneziya Mərkəzi iki dövlət arasında mövcud olan sıx əlaqələrin daha da inkişaf edəcəyinə böyük töhfə verəcək. Dili və mədəniyyəti insanlar arasında gözəl vasitə adlandıran səfir dil və mədəniyyət vasitəsilə xalqları yaxından tanımağın mümkünlüyünü bildirib və bu mərkəzin də məhz həmin amala xidmət edəcəyini deyib.

Azərbaycan Dillər Universitetində 2007-2008-ci tədris ilində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində Cənub-Şərqi Asiya regionşünaslığı, İndoneziyaşünaslıq ixtisası açılıb, həmin ildən də malay dili tədris olunmağa başlayıb. Hazırda İndoneziyaşünaslıq ixtisası üzrə 19 nəfər tələbə təhsil alır.

Xəbər lenti

Xəbər lenti