...

Azərbaycanlı gimnast San-Pauluda keçirilən beynəlxalq turnirdə birinci yeri tutub

Cəmiyyət Materials 6 İyul 2010 13:25 (UTC +04:00)
Azərbaycanlı gimnast Aliyə Qarayeva Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub, - Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumatda deyilir.
Azərbaycanlı gimnast San-Pauluda keçirilən beynəlxalq turnirdə birinci yeri tutub

Аzərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Т.Hacıyev/

Azərbaycanlı gimnast Aliyə Qarayeva Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub, - Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumatda deyilir.

Hal-hazırda Qarayeva bir ay yarımlıq hazırlıq üçün Xorvatiyaya getməyə hazırlaşır və orada komanda yoldaşları ilə birgə sentyabr ayında Moskvada keçiriləcək dünya çempionatına hazırlaşacaq.

Eyni zamanda, digər Rusiya şəhəri - Kislovodskda bədii gimnastika üzrə Rusiya turnirinin açılışı başa çatıb. Bu yarışda iştirak edən gənc azərbaycanlı gimnastlar arasında ən yaxşı nəticəni Jalə Piriyeva göstərib. 2000-ci ildə keçirilən bədii gimnastların müsabiqəsində o, iplərlə göstərdiyi oyunla üçüncü yerə layiq görülmüşdü. Həmçinin, 11 yaşlı Emiliya Bağıyeva yarışda dördüncü yeri tutaraq, "Qalibiyyət əzmi uğrunda" adlı xüsusi mükafat qazanıb.

Xəbər lenti

Xəbər lenti