...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfər edəcək

Cəmiyyət Materials 28 İyul 2010 16:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 29-da İslam Aləmi Liqasının yaradılmasının 50-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına səfərə yola düşür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfər edəcək

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 29-da İslam Aləmi Liqasının yaradılmasının 50-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına səfərə yola düşür.

Səudiyyə Ərəbistanının Kralı Abdulla bin Əbdüləzizin himayəsi altında keçirilən mötəbər tədbirə İslam aləminin tanınmış dini liderləri və müsəlman ölkələrinin hökumət nümayəndələri dəvət alıblar. Bu barədə QMİ-nin məlumatında deyilir.

Azərbaycanla yüksək səviyyədə münasibətlərə malik İslam Aləmi Liqası ölkəmiz üçün önəm kəsb edən məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həlli, qaçqın və məcburi köçkün vətəndaşlarımızın vəziyyətinə həmişə həssaslıqla yanaşmış nüfuzlu müsəlman təşkilatıdır.

Yubiley tədbirində QMİ sədri Allahşükür Paşazadənin məruzə ilə çıxış edəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti