...

Qafqaz Müsəlmanları İdarəsi su basmış ərazilərdə yerləşən məscidlərin siyahısını hazırlayıb

Cəmiyyət Materials 7 Avqust 2010 13:39 (UTC +04:00)
Trend-in məlumatına görə, bu haqda QMİ-nin rəisi Hacı Allahşükür Paşazadə şənbə günü Qazilər Şurasının toplantısında məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsi su basmış ərazilərdə yerləşən məscidlərin siyahısını hazırlayıb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsi su basmış ərazilərdə yerləşən məscidlərin siyahısını hazırlayıb.

Trend-in məlumatına görə, bu haqda QMİ-nin rəisi Hacı Allahşükür Paşazadə şənbə günü Qazilər Şurasının toplantısında məlumat verib.

Şeyx bildirib ki, siyahı Fövqəladə Hallar Nazirliyinə təqdim olunub.

"Su basmış ərazilər köçürülərkən siyahıda qeyd olunan məscidlərin də köçürülməsinin nəzərə alınması nazirlikdən xahiş edilib", - Paşazadə bildirib.

Bütün Qafqazın Şeyxi siyahıda nə qədər məscidin olduğu barədə məlumat verməyib.

Mayın əvvəllərindən etibarən, Kürün məcrasından çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində, 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 000 ev qəzalı vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti