...

Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalının 7-ci nömrəsi "yoxa çıxıb"

Cəmiyyət Materials 9 Avqust 2010 10:36 (UTC +04:00)
Azərbaycan yazıçısı Vahid Məmmədlinin son dövr dünya ədəbiyyatının şedevrlərindən sayılan «Buddanın qayıdışı» povesti dünyanın bir çox məşhur ədəbi dərgilərindən sonra, Azərbaycan Yazıçılar Birliyinin «Ulduz» jurnalının 7-ci nömrəsində işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalının 7-ci nömrəsi "yoxa çıxıb"

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yazıçısı Vahid Məmmədlinin son dövr dünya ədəbiyyatının şedevrlərindən sayılan "Buddanın qayıdışı" povesti dünyanın bir çox məşhur ədəbi dərgilərindən sonra, Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalının 7-ci nömrəsində işıq üzü görüb.

Bu əsər barədə danışılanların şahidi olub, povesti oxumaq üçün Bakının bir neçə qəzet və jurnal köşkünə müraciət etsək də, satıcılar "Ulduz"un 7-ci nömrəsinin gəldiyi gün satılıb-qurtardığını, "Buddanın qayıdışı"nı oxumaq üçün hər gün çoxsaylı insanların jurnalın həmin nömrəsini xəbər aldıqlarını bildirdilər.

"Ulduz" jurnalının redaksiyası ilə əlaqə saxladıqda, əməkdaşlardan biri "Buddanın qayıdışı"nı oxumaq üçün hər gün onlara zəng olunduğunu, havaların isti keçməsinə baxmayaraq, son dövrlərdə "Ulduz"un hər hansı nömrəsinin hələ bu qədər sürətlə satıldığının şahidi olmadıqlarını bildirdilər.

Redaksiyadan "Bayatı" kitab mağazasında "Ulduz"un 7-ci sayının bir neçə nüsxəsinin olduğunu dedilər.

Xarici ölkələrdə gündən-günə şöhrəti artan istedadlı yazıçımız Vahid Məmmədlinin qısahəcmli bu əsərində bir insanın həyat yolu böyük ustalıqla qələmə alınıb.

Xaricdə əsərin böyük şöhrət qazanmasını dünyanın ən hörmətli yazar və sənət adamlarının Vahid Məmmədlinin bu əsəri barədə dedikləri də sübut edir.

Müasir dünya poeziyasının öndə gedən şairlərindən və əsl sənət bilicilərindən biri sayılan, Fransanın ədəbiyyat və incəsənət ordeni komandoru, Hindistanın Zərif Sənətlər Akademiyasının prezidenti Aşok Vadjpayi də Vahid Məmmədlinin bu əsərini yüksək qiymətləndirib və əsər Hindistan, İngiltərə, Kanada nəşriyyatları tərəfindən də çapa hazırlanır.

Artıq bütün dünya tərəfindən qəbul olunan və günbəgün şöhrəti artan bir yazıçımızın olması Vahid Məmmədlinin yaxın gələcəkdə dünyanın ən ali ədəbi mükafatlarından birinə layiq görüləcəyindən xəbər verir.

Xəbər lenti

Xəbər lenti