...

Özbəkistan müsəlmanları Müqəddəs Ramazan ayının başlanmasını qarşılayıblar

Cəmiyyət Materials 11 Avqust 2010 16:16 (UTC +04:00)
Özbəkistan müsəlmanları bu il avqustun 11-də başlayan Müqəddəs Ramazan ayını qarşılayıblar.
Özbəkistan müsəlmanları Müqəddəs Ramazan ayının başlanmasını qarşılayıblar

Özbəkistan, Daşkənd, 11 avqust /Trend, müxbir D.Əzizov/

Özbəkistan müsəlmanları bu il avqustun 11-də başlayan Müqəddəs Ramazan ayını  qarşılayıblar.

Bu gündən etibarən Özbəkistan müsəlmanları İslamın beş dirəklərindən biri olan orucun tutulmasına - urazaya başlayıblar.

Ramazanda imanlı müsəlmanlar sübh namazından axşam namazınadək oruc tutmalıdırlar. Oruc tutarkən müsəlman yeməkdən, siqaret çəkməkdən, əyləncədən çəkinməlidir. Bu günlərdə edilən bütün iş və fikirlər nifrətli deyil, yalnız xeyirxah niyyətli olmalıdır.

Ramazanda oruc tutmaqdan hamilə və süd verən qadınlar, xəstələr və ahıl yaşlı şəxslər, yeddi yaşdan aşağı uşaqlar, eləcə də ona obyektiv səbəblərdən riayət edə bilməyənlər - məsələn, müharibə və səyahətdə olanlar, azad edilirlər.

"Oruc tutmaq yemək və içməkdən çəkinməklə yerinə yetirilərək Allah-Təalanın əmridir. İnsan müqəddəs orucu bir ay ərzində saxlayır. Bu müddətdə həqiqi müsəlmanın imanı möhkəmlənir, insan sanki yenidən doğulur, təkcə fiziki deyil, həm də ruhən təmizlənir", - Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Əbdüləziz Mansur deyib.

Bu ayda edilən hər bir xeyirli əməlin Allah-Təala tərəfindən 700 dəfə artıq əvəzinin veriləcəyi hesab olunur. Orucun son günlərində müsəlmanlar fidyə verməlidirlər ki, bu da ehtiyac içində yaşamayan hər bir imanlı müsəlman üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti