Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanlı hakim Murad Məmmədov UEFA Avropa Liqasının pley-off mərhələsindəki oyuna təyin edilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub ki, Məmmədov UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 19-da Dnepropetrovsk şəhərindəki Dnepr-Arenada keçiriləcək "Dnepr" - "Lex" oyununun hakim-inspektoru olacaq.