...

Azərbaycanın bəzi rayonlarında baş vermiş yanğınlar söndürülüb

Cəmiyyət Materials 16 Avqust 2010 16:31 (UTC +04:00)
Azərbaycanda respublikanın bir sıra rayonlarını bürüyən yanğın söndürülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın bəzi rayonlarında baş vermiş yanğınlar söndürülüb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda respublikanın bir sıra rayonlarını bürüyən yanğın söndürülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Yanğınlar həftəsonu Astara (1,5 hektar sahə) və Xızı (100 hektar) rayonları ərazisində baş verib. Baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də Sumqayıt, Xızı, Quba və Şabran rayonlarının yanğınsöndürmə hissələrinin səyləri ilə söndürülüb.

Ekologiya Nazirliyi əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti