...

Azərbaycanlı gənc musiqiçilər Koreyada klassik musiqidən ibarət konsert proqramları ilə çıxış ediblər

Cəmiyyət Materials 18 Avqust 2010 11:16 (UTC +04:00)
Azərbaycanlı gənc musiqiçilər Koreyada yerləşən üç müxtəlif mədəniyyət mərkəzində klassik musiqidən ibarət konsert proqramları ilə çıxış ediblər.
Azərbaycanlı gənc musiqiçilər Koreyada klassik musiqidən ibarət konsert proqramları ilə çıxış ediblər

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanlı gənc musiqiçilər Koreyada yerləşən üç müxtəlif mədəniyyət mərkəzində klassik musiqidən ibarət konsert proqramı ilə çıxış ediblər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Koreyadakı Səfirliyindən bildiriblər.

Azərbaycan Səfirliyinin təşəbbüsü ilə Koreyanın "İpək yolu" Fondu (Silkroad Foundation) tərəfindən seçim vasitəsilə təşkil edilmiş İpək yolu ölkələrinin  uşaqlarından ibarət orkestrin tərkibində dörd nəfər gənc azərbaycanlı musiqiçi - Bakı Musiqi Akademiyasının tələbələri Mirzəyev Kamran, Sərkərov Kamran, Əliyeva Nərgiz, Mayılov Kənan 03-18 avqust 2010-cu il tarixlərində Koreyada olublar.

Konsertlərdən sonuncusu avqust 17-də Seul şəhərinin ən böyük mədəniyyət mərkəzi olan "Sejong Art Center" -də baş tutub və konsertdə geniş tamaşaçı kütləsi ilə yanaşı, Koreya xarici işlər və ticarət nazirlərinin müavini Ço Hyun, "İpək yolu" Fondunun prezidenti Kanq Deok Su, Azərbaycanın Koreyadakı Səfirliyinin əməkdaşları, eləcə də Seuldakı digər diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Səfər zamanı respublikamızın təmsilçiləri digər İpək yolu ölkələrinin (Koreya, Rusiya, Qazaxıstan, Özbəkistan) musiqiçiləri ilə birlikdə məşqlərdə olublar

Xəbər lenti

Xəbər lenti