...

Azərbaycanda MDB ölkələri arasında ən yüksək nöqtədə meteoroloji stansiya istifadəyə verilib - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 19 Avqust 2010 17:58 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) MDB ölkələri arasında ən yüksək nöqtədə -Tufandağ zirvəsinin 4 172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiyanı istifadəyə verib.
Azərbaycanda MDB ölkələri arasında ən yüksək nöqtədə meteoroloji stansiya istifadəyə verilib - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) MDB ölkələri arasında ən yüksək nöqtədə -Tufandağ zirvəsinin 4 172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiyanı istifadəyə verib. Bu barədə cümə axşamı Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Bununla da Azərbaycanda Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi üçün nəzərdə tutulan 3-cü, sonuncu stansiya işə salınıb.
Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3 700 metr hündürlükdə - Şahdağ ərazisində, digəri isə - 2 700 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur.

Bu stansiyalar Bazardüzü, Şahdağ və Tufandağ ekosisteminin kompleks elmi tədqiqinə xidmət edəcək.

Azərbaycan ərazisində ən böyük aktiv buzlaqlar Tufandağın zirvəsinə yaxın yerləşir. Qlobal istiləşmə ilə əlaqədar bütün dünyada buzlaqların sahəsi azalmaqdadır. Azərbaycan ərazisində də bu stansiyaların köməkliyi ilə buzlaqlar və meteoroloji şəraitin müşahidələri əsasında qlobal iqlim dəyişmələrinin təzahürünü izləmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti