...

Azərbaycan məhkəməsi erməni əsirliyində olan keçmiş əsgərə 13 il iş verib

Cəmiyyət Materials 20 Avqust 2010 17:54 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Həsənov 8 oktyabr 2008-ci ildə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Azərbaycan məhkəməsi erməni əsirliyində olan keçmiş əsgərə 13 il iş verib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan məhkəməsi erməni əsirliyində olan keçmiş əsgərə 13 il iş verib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Həsənov 8 oktyabr 2008-ci ildə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Həsənov Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və döyüş növbəsi çəkmə qaydalarını pozma (338.1) cinayətlərində ittiham olunaraq, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Həsənov bu ilin aprelin 7-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhəddə Azərbaycana təhvil verilib.

Xəbər lenti

Xəbər lenti