...

Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılacaq

Cəmiyyət Materials 24 Avqust 2010 14:58 (UTC +04:00)
Yaxın günlərdə Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq.
Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılacaq

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Yaxın günlərdə Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova bildirib.

"Mərkəz "Erməni məsələsi" ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və Türk Dünyasına qarşı apardığı ideoloji-təxribat fəaliyyətləri, onların qarşısının alınması tədbirlərinin həyata keçirilməsi kimi fəaliyyət növləri ilə məşqul olacaq", - İbrahimova əlavə edib.

Onun sözlərinə görə, belə bir mərkəzin yaradılması cəmiyyətimizdə olan müəyyən boşluğu aradan qaldıracaq: "Həm ölkə içində, həm də xarici ölkələrdə "erməni məsələsi"nin əsl mahiyyəti, müəyyən tarixi dövrlərdə Qərb dövlətlərinin missioner fəaliyyətləri, Anadolu və Cənubi Qafqazda güddükləri mənafelər, "böyük Ermənistan dövləti" yaratmaq planları və nəhayət, tarixi Azərbaycan torpaqları hesabına bu planın gerçəkləşdirilməsi elmi cəhətdən analiz edilərək, bütün incəlikləri ilə araşdırılıb ortaya qoyulacaq. Erməni terrorunun xarakteri açılacaq və onların törətdiyi cinayətlərin xronologiyası hazırlanacaq", - İbrahimova deyib.

İbrahimova bildirib ki, bu işi görmək üçün erməni dilini bilən araşdırmaçıları mərkəz ətrafında toplamaq və ümumi bir konsepsiya hazırlayaraq həyata keçirmək nəzərdə tutulub.

"Mərkəz ermənidilli mətbuatda, internet-saytlarda və TV-lərdə gedən yazıları sistemləşdirəcək, bunların əsasında analitik yazılar hazırlayacaq. Mərkəzin ayrıca saytı yaradılacaq, elmi jurnalı nəşr ediləcək, bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan məqalələr müxtəlif dillərə tərcümə edilərək, sayta yerləşdiriləcək və yayılacaq", - İbrahimova bildirib.

Xəbər lenti

Xəbər lenti