...

Azərbaycan və Meksika arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Cəmiyyət Materials 30 Avqust 2010 11:49 (UTC +04:00)
Azərbaycan və Meksika arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması gözlənilir.
Azərbaycan və Meksika arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan və Meksika arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması gözlənilir.

Dünya Gənclər Konfransı çərçivəsində Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Meksika Gənclər İnstitutunun baş direktoru Hernendezlə görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşliğa dair niyyət protokolunun imzalanması və gələcək əməkdaşlığın istiqamətlərini müzakirə edib. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.

Dünya Gənclər Konfransı 23 avqust 2010-cu il tarixində Meksikanın Leon şəhərində BMT tərəfindən 12 avqust 2010 - 12 avqust 2011-ci il müddətində elan edilmiş Gənclər İli çərçivəsində keçirilib.

Konfransın plenar iclasında İntiqam Babayev Azərbaycanda gənclərin ictimai həyatda artan iştirakı, işsizliyin azalması, gənclərin təhsilə cəlb edilmələri və hamı üçün təhsi sahəsində əldə edilmiş nəticələr, gənclərin beynəlxalq əməkdaşlığı və gənclər təşkilatlarının iştirakının stimullaşdırılması üçün hökumət tərəfindən dəstəklənməsi məsələlərini qeyd edib.

Dünya Gənclər Konfransının keçirilməsində əsas məqsəd - hökumət və gənclərin qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə müzakirəsi ilə beynəlxalq səviyyədə müəyyən edilmiş minilliyin inkişaf məqsədlərinə (MDG) nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyən etmək, ölkələr və gənclər sahəsinin əsas iştirakçıları arasında əlaqələri gücləndirməkdir.

Xəbər lenti

Xəbər lenti