...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 1 Sentyabr 2010 15:26 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməkdə ittiham olunan şəxslərə hökm oxunub.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Astara rayon sakinləri - 1948-ci il təvəllüdlü Hacırza Eyvazov və onun bacısı oğlu, 1965-ci il təvəllüdlü Zahid Həmdəmov, 1975-ci il təvəllüdlü Qənbər Səliyev, 1976-cı il təvəllüdlü Hatəm Əliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səliyev 14, Həmdəmov 13, Əliyev 12, Eyvazov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək, İrandan Azərbaycan ərazisinə gətiriblər.

Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Hacırza Eyvazovun tapşırığı ilə İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Astara rayonu istiqamətində Azərbaycan ərazisinə keçirdikləri narkotikləri Zahid Həmdəmov onlardan qəbul edib və dayısı Hacırzaya təhvil verib.

Sonra Hacırza Eyvazovun tapşırığına əsasən, onun digər qohumu - Qənbər Səliyev həmin narkotik vasitəni Hatəm Əliyevin idarə etdiyi "UAZ" markalı avtomobildə Astara rayonunun Kijəbə kəndi yaxınlığına gətirib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş çevik əməliyyat tədbirləri ilə Hacırza Eyvazov, Zahid Həmdəmov, Qənbər Səliyev və Hatəm Əliyev saxlanılıb, avtomaşına baxış zamanı 65 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti