...

Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 2 Sentyabr 2010 17:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının üçüncü ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ə.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının üçüncü ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Avqust ayının üçüncü ongünlüyündə Kür çayında suyun sərfi ayın ikinci ongünlüyünə nisbətən saniyədə 17,6 kubmetr azalaraq, 89,6 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 57,3 kubmetr olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,56-6,64 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti