Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşavirliyi ölkədəki KİV nümayəndələri üçün iftar süfrəsi təşkil edib. İftar süfrəsində səfirliyin mətbuat müşaviri Həbib Kaya da iştirak edib. Bu barədə cümə günü səfirlikdən Trend-ə daxil olan məlumatda deyilir.
İftardan sonra səfirliyin mətbuat müşaviri Kaya iftarda iştirak edən Azərbaycan KİV nümayəndələrinin işi ilə tanış olub. Kaya qeyd edib ki, belə tədbirlər iki ölkə KİV-lərini daha da yaxınlaşdıracaq, ölkələr arasında iş birliyi və informasiya sahəsinin genişlənməsinə xidmət edəcək.
Kayanın sözlərinə görə, onun müşavirliyi müddətində bu kimi kimi tədbirlər mütəmadi şəkildə keçiriləcək.