...

Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş bank filialı rəhbərinin apelyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 6 Sentyabr 2010 17:01 (UTC +04:00)
Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş bank filialı rəhbərinin apelyasiya şikayəti təmin edilməyib.
Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş bank filialı rəhbərinin apelyasiya şikayəti təmin edilməyib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan keçmiş bank filialı rəhbərinin apelyasiya şikayəti təmin edilməyib.

Gəncə Apelyasiya Məhkəməsindən bazar ertesi Trend-ə verilən məlumata görə, "Azərdəmiryolbank" (hazırkı "DəmirBank") Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının keçmiş müdiri Rauf Qurbanovun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Qurbanovun barəsində təyin etdiyi cəza dəyişdirilməyib və hökm qüvvəsində saxlanılıb.

Qurbanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti cəza almış və məhkəmə zalından azadlığa buraxılmışdı.

Qurbanov "Azərdəmiryolbank" ASC-nin Gəncə filialının müdiri vəzifəsində işlədiyi 11 aprel 2000-ci il tarixdən 6 iyul 2009-cu il tarixə kimi olan dövrdə öz qulluq mövqeyindən istifadə etməklə müştərilərin adlarına rəsmiləşdirilmiş dörd kredit müqaviləsi üzrə ayrı-ayrı vaxtlarda ümumilikdə 73 500 ABŞ dolları məbləğində pul vəsaitini mənimsəyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179.3.2) və vəzifə saxtakarlığı (313) maddəsi ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti