...

Azərbaycanda tələbələri ali məktəblərə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 7 Sentyabr 2010 13:01 (UTC +04:00)
Azərbaycanda tələbələri ali məktəblərə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb.
Azərbaycanda tələbələri ali məktəblərə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanda tələbələri ali məktəblərə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Nəriman Kakayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı sentyabrın 14-nə təyin edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə ittiham edilir.

Kakayev Bakı şəhər sakini Hafiz Ağamalıyevin etimadını qazanaraq, külli miqdarda pulunu mənimsəyib.

O, Ağamalıyevin oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə ondan 45 min manat pul alıb. Sonradan aldadıldığını görən Ağamalıyev polisə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Kakayev həbs edilib. İstintaq dövründə Kakayevin daha bir neçə nəfəri ali məktəbə qəbul etdirmək adı ilə dələduzluq etdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti