...

Sumqayıt şəhərində Üzeyir Hacıbəyovun abidə-kompleksi açılacaq

Cəmiyyət Materials 14 Sentyabr 2010 11:09 (UTC +04:00)
Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə-kompleksinin sentyabrın 15-də açılışı olacaq.
Sumqayıt şəhərində Üzeyir Hacıbəyovun abidə-kompleksi açılacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M. Əliyev/

Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə-kompleksinin sentyabrın 15-də açılışı olacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Sumqayit Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Abidə-kompleksin inşa edildiyi xiyabanın eni 23, ərazinin uzunluğu 61 metrdir. 1 340 kvadratmetrlik abadlaşdırılan sahənin, təxminən, 740 kv.metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Üzeyir Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m.- dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib; üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin - tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti