...

Azərbaycan və Gürcüstanın təhsil nazirləri azərbaycanlıların kompakt yaşadıqları yerlərdə iki yeni məktəb açıblar

Cəmiyyət Materials 23 Sentyabr 2010 16:44 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın təhsil nazirləri cümə axşamı Gürcüstanda azərbaycanlıların məskunlaşdıqları Dmanisi və Qardabanidə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən iki məktəbin açılışında iştirak ediblər.
Azərbaycan və Gürcüstanın təhsil nazirləri azərbaycanlıların kompakt yaşadıqları yerlərdə iki yeni məktəb açıblar

Gürcüstan, Tbilisi, 23 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan və Gürcüstanın təhsil nazirləri cümə axşamı Gürcüstanda azərbaycanlıların məskunlaşdıqları Dmanisi və Qardabanidə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən iki məktəbin açılışında iştirak ediblər.

Təhsil nazirləri Misir MərdanovDmitri Şaşkin Qardabanidəki 3 saylı və Dmanisidəki (Kvemo Kartli regionu) 2 saylı məktəbin şagirdlərini yeni dərs ilinə təmir olunmuş məktəblərdə başlamaları münasibətilə təbrik ediblər.

Şaşkin özünün azərbaycanlı həmkarına məktəblərin yenidən qurulmasında göstərilən köməyə görə münnətdarlığını bildirib və bu işdə Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd edib. O bildirib ki, Fond Gürcüstanın azərbaycanlıların yaşadıqları regionlarında məktəb infrastruturunun inkişafı üçün çox işlər görüb. O, həmçinin, Tbilisidəki Azərbaycan məktəbinin yeni dərs ili üçün tam təmir olunduğunu bildirib.

Öz növbəsində Mərdanov Azərbaycanın Gürcüstanda yaşayan həmvətənlərimizin qayğısına qaldığını və təhsilin lazımi səviyyədə təmin olunması üçün əlindən gələni etdiyini bildirib. O qeyd edib ki, iki ölkənin əməkdaşlığı xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün yaxşı dayaqdır.

Qardabani və Dmanisidəki məktəblərdə binaların dam örtüyü tamamilə yenilənib, yeni qapı və pəncərələr salınıb, isitmə sistemi quraşdırılıb. Məktəblər müasir avadanlıqlarla təchiz olunub, idman zalları, yeməkxana və tualetlər yeniləni. Hər iki məktəb fərdi su rezervuarına malikdir.

Xəbər lenti

Xəbər lenti