...

Azərbaycan və Qırğızıstan ombudsmanları əməkdaşlıq haqqında razılığa gəliblər

Cəmiyyət Materials 28 Sentyabr 2010 13:23 (UTC +04:00)
Azərbaycan və Qırğızıstanın insan haqları üzrə müvəkkilləri bir sıra məsələlər üzrə əməkdaşlıq haqqında razılığa gəliblər. Bu barədə çərşənbə axşamı mətbuat konfransında azərbaycanlı həmkarının dəvəti ilə Bakıda səfərdə olan Qırğızıstan ombudsmanı Tursembek Akun deyib.
Azərbaycan və Qırğızıstan ombudsmanları əməkdaşlıq haqqında razılığa gəliblər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycan və Qırğızıstanın insan haqları üzrə müvəkkilləri bir sıra məsələlər üzrə əməkdaşlıq haqqında razılığa gəliblər. Bu barədə çərşənbə axşamı mətbuat konfransında azərbaycanlı həmkarının dəvəti ilə Bakıda səfərdə olan Qırğızıstan ombudsmanı Tursembek Akun deyib.

Akun və Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın birgə təşkil etdiyi görüşdə tərəflər iki ölkənin ombudsman aparatları arasında miqrasiya, uşaq hüquqlarının müdafiəsi, cinsi bərabərlik kimi məsələlər barədə əməkdaşlıq haqqında razılığa gəliblər.

"Biz istərdik ki, əməkdaşlarımız burada müzakirə etdiyimiz məsələlər barədə təcrübə qazanmaq üçün Azərbaycana gəlsinlər", - Akun deyib.

Xəbər lenti

Xəbər lenti