...

Azərbaycanda talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2010 11:20 (UTC +04:00)
Azərbaycanda Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın çağırışı ilə qanvermə aksiyası keçirilib.
Azərbaycanda talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
(FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın çağırışı ilə qanvermə aksiyası keçirilib. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Respublika Qan Mərkəzində keçirilən tədbir ölkənin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı uşaqlara qanvermə aksiyası təşəbbüsünə dəstək olaraq təşkil olunub.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov bildirib ki, təkcə ötən il ölkədə 19 ton 570 litr qan tədarük edilib ki, bunun üçün 50 minə yaxın donor iştirak edib.

"Bu gün Azərbaycanda qana ehtiyacı olan uşaqlar çoxdur. Talassemiyalı, hemofiliyalı uşaqların bu gün hava, su kimi qana ehtiyacları var. Belə xəstəliyi olan uşaqlara ayda iki dəfə qan köçürülür. Azərbaycanın müxtəlif ərazilərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyaları keçirilir və biz də bu işə öz kiçik töhfəmizi vermək istədik", - tədbirə qan vermək üçün gələn millət vəkili Gülər Əhmədova bildirib.

Qanvermə aksiyasında 89 nəfər iştirak edib, ümumiyyətlə, 27 litr qan toplanıb.  Aksiya çərçivəsində, orta hesabla, hər donordan 250-400 qram qan götürülüb.

Xəbər lenti

Xəbər lenti