...

Qazaxıstanda Xəzər dənizinin çirklənmədən qorunması proqramının hazırlanması üzrə iclas keçiriləcək

Cəmiyyət Materials 15 Oktyabr 2010 16:31 (UTC +04:00)
Noyabrda Qazaxıstanda Xəzəryanı ölkələrin nazirləri səviyyəsində Xəzər dənizinin çirklənmədən qorunması üzrə proqramın hazırlanması məsələsi ilə bağlı iclas keçiriləcək.
Qazaxıstanda Xəzər dənizinin çirklənmədən qorunması proqramının hazırlanması üzrə iclas keçiriləcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir T.Cəfərov/

Noyabrda Qazaxıstanda Xəzəryanı ölkələrin nazirləri səviyyəsində Xəzər dənizinin çirklənmədən qorunması üzrə proqramın hazırlanması məsələsi ilə bağlı iclas keçiriləcək. Bu barədə İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Məhəmməd Cavad Məhəmmədizadə bildirib. Məlumatı IRNA agentliyi yayıb.

Məhəmmədizadə deyib ki, Xəzər dənizinin çirklənmədən qorunması haqqında Xəzəryanı ölkələr arasında dörd saziş imzalanıb.

Onun sözlərinə görə, Qazaxıstanda Xəzər dənizinin neft hasilatı sənayesinin tullantıları ilə çirklənməsinin qarşısının alınması barədə bəzi sənədlərin imzalanması məsələsinin müzakirə olunması nəzərdə tutulub.

"Ümid edirəm ki, Xəzəryanı ölkələr imzalanmış sənədləri yerinə yetirməklə yaxın 5-10 il ərzində Xəzərin suyunun çirklənmə səviyyəsini minimuma endirə biləcəklər", - Məhəmmədizadə bildirib.

Xəbər lenti

Xəbər lenti