...

Aliyə Qarayeva İtaliyanın klub çempionatında lentlə hərəkətlərdə ən yaxşı nəticə göstərib

Cəmiyyət Materials 8 Noyabr 2010 12:24 (UTC +04:00)

İtaliyanın Aretso şəhərində bədii gimnastika üzrə İtaliya klub çempionatının ikinci turu keçirilib. Bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı yarışlarda aparıcı gimnastlar - Aliyə Qarayeva və Anna Qurbanova təmsil ediblər.

Aliyə Qarayeva A2 seriyasında yarışan "Ritmika" komandasının tərkibində çıxış edir. Aretsoda Aliyə halqa (26,475 xal) və lentlə (27,1) çıxış edib. Bununla yanaşı lentlə nümayiş etdirdiyi kompozisiyaya görə ona yarış iştirakçıları arasında ən yüksək bal verilib. Aliyənin klubu 141,125 xalla üçüncü yeri tutub.

Anna Qurbanova "Komense 1872" klubunun şərəfini qoruyaraq A1 seriyasında yarışır. O, halqa ilə çıxış edərək 27,125 xal toplayıb ki, bu da ikinci nəticə olub. Ən yaxşı nəticəni "Armoniya" klubundan rusiyalı Darya Kondakova göstərib. Qurbanovanın komandası 135,6 xal toplayıb və hələ ki, doqquzuncu yeri tutur.

Məlumatlara əsasən, noyabrın 9-10-da paytaxtın Olimpiya İdman Kompleksində 17-ci Azərbaycan birinciliyinin açılışı və bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək. Yarışda həm paytaxt, həm də ayrı-ayrı şəhər və ölkələrin idman təşkilatlarından altı yaş qrupunda (1995-97, 1998, 1999, 2000, 2001 və 2002-ci il təvəllüdlü) 90 gimnast iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti