...

Azərbaycanın media nümayəndələri Şimali Kipr Türk Cümhuriyyətinin qurucu Prezidenti ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2010 19:36 (UTC +04:00)
Azərbaycanın media nümayəndələri Şimali Kiprə səfəri çərçivəsində bu ölkənin qurucu Prezidenti Rauf Denktaşla görüşüblər.
Azərbaycanın media nümayəndələri Şimali Kipr Türk Cümhuriyyətinin qurucu Prezidenti ilə görüşüblər (FOTO)

RED. əlavəsi: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın media nümayəndələri Şimali Kiprə səfəri çərçivəsində bu ölkənin qurucu Prezidenti Rauf Denktaşla görüşüblər. Bu barədə cümə günü Mətbuat Şurasının mətbuat xidməti məlumat yayıb.

Səfər Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutur.

Azərbaycan Mətbuat Şurasının KİVDF-nin maliyyə yardımı ilə reallaşdırdığı "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində həyata keçirilən səfərin ilk iş günündə Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-nin qurucu Prezidenti Rauf Denktaşla görüşüblər. Bundan sonra nümayəndə heyəti ŞKTC-nin nüfuzlu media qurumlarında - "Kipr" qəzetində, eyni adlı televiziyada (KTV), həmçinin ŞKTC-nin turizm nazirliyində və "Yakın Doğu" Universitetində görüşlər keçirib.

Noyabrın 10-dan 16-dək davam edəcək səfərin məqsədi ŞKTC-dəki KİV-lərin iş təcrübəsi ilə yaxından tanış olmaqdır. Həmçinin, Şimali Kiprin ali təhsil ocaqlarında jurnalistikanın tədrisi vəziyyətinin öyrənilməsi də nəzərdə tutulur.

ŞKTC-də səfərdə olan nümayəndə heyətinin tərkibinə KİVDF-nin  icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "Ekspress" qəzetinin təsisçisi Müşfiq Səfiyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və "Oxu məni" qəzetinin baş redaktoru Emin Axundov daxildir.

Xəbər lenti

Xəbər lenti