...

Bakıda "Xəzər enerjisinin Avropa istiqaməti" mövzusunda dəyirmi masa keçiriləcək

Cəmiyyət Materials 13 Noyabr 2010 10:26 (UTC +04:00)
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) və Trans-Xəzər siyasi platformasının birgə təşkilatçılığı ilə “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçiriləcək, Trend-in çərşənbə günü SAM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir oktyabrın 18-də baş tutacaq.
Bakıda "Xəzər enerjisinin Avropa istiqaməti" mövzusunda dəyirmi masa keçiriləcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Trans-Xəzər siyasi platformasının birgə təşkilatçılığı ilə "Xəzər enerjisinin Avropa istiqaməti" mövzusunda dəyirmi masa keçiriləcək, Trend-in çərşənbə günü SAM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir oktyabrın 18-də baş tutacaq.

SAM-ın məlumatında o da qeyd olunur ki, tədbirdə Rumıniyanın Xarici İşlər Nazirliyinin Enerji Təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Mihnea Konstantinesku "Müdrik əməkdaşlıqda fərasətli investisiyaların zamanı", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia "Avropa İttifaqının enerji təhlükəsizliyi", "Avropa Təhlükəsizliyi" jurnalının baş redaktoru və Atlantik Şurasının(Atlantic Council) Enerji və Ətraf mühit proqramının direktoru Kevin Rozner(Böyük Britaniya) "Enerji Təchizatının təhlükəsizlik yönünün hesablanması: Avropa-Xəzər Enerji həlqəsini necə funksional və etibarlı etmək olar", "Shell" kompanyasının Orta Asiya regionu üzrə keçmiş icraçı direktoru Neyl Karmişel(Böyük Britaniya) "Xəzər regionunda enerji təchizatının artımı: mənbələr və istiqamətlər", BP şirkətinin Xəzər Qaz Marketinq idarəsinin meneceri Breyn Hanter(Brüssel) "Şah Dəniz-2 layihəsinin mövcud durumu" və Beynəlxalq Enerji Agentliyinin Qlobal Enerji dialoqunun Xəzər-Qara dəniz regionları üzrə rəhbərliyinin proqram meneceri Tim Quld isə "Avropa-Xəzər enerji sahəsində əməkdaşlığı 2035-ci ildə: Beynəlxalq Enerji Agentliyinin 2010-cu ildəki nöqteyi-nəzərindən perspektivləri" mövzusunda məruzələrlə çıxış edəcəklər. 

Dəyirmi masada Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq məsələləri, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əməkdaşlığın möhkəmləndirilməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq.

Tədbir İngilis dilində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti